"Qəhrəmanlar unudulmur" adlı sinif təşkilat saatı keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən 21.01.2021-ci il tarixində

Bakı şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin 5“D” sinif müəllimi Cəmilə Qasımovanın rəhbərliyi ilə "Qəhrəmanlar unudulmur" adlı sinif təşkilat saatı keçirildi.

Azərbaycanın ərazi bötövlüyü, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan Leytenant Vüqar Muxtarov Muxtar oğlu qonaq qismində dəvət olunduğu təşkilat saatı şagirdlərin yaddaşında silinməz iz buraxdı.

44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmişdir.

Dərsdə iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Bahar Həsənova və Aidə Eyvazova çıxış edərək Vətənimizin azadlığı uğrunda qəhrəmancasına vuruşduğuna görə onunla qürur duyduqlarını bildirilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi