20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatı keçirildi

21.01.2021-ci il tarixində Bakı şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin müəllimi Xatirə Cəfərovanın rəhbərliyi ilə 8 ”A” sinfində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatı keçirildi.

Şagirdlər faciə və onun törədilmə səbəbləri, faciə zamanı həlak olan şəhidlərimiz haqqında geniş məlumat verdilər.

Qan yaddaşımız 20 Yanvara həsr olunmuş şeirlər söylədilər, çəkdikləri şəkilləri nümayiş etdirdilər. Vətən, torpaq, azadlıq uğurunda Şəhid olmuş qəhrəman igid oğul və qızlarımızı yad etdilər. Allah Şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi