"Vətən müharibəsi"ndə igidlik göstərmiş məktəbin məzunu ilə görüş keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən

21.01.2021-ci il tarixində məktəbin 6 “B” sinfində Azərbaycan dili müəlimi Nəcibə Cabbarovanın təşkilatçılığı ilə "Vətən müharibəsi"ndə igidlik göstərmiş məktəbin məzunu ilə görüş keçirildi.

Görüşdə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda könüllü olaraq qəhrəmancasına vuruşan Sabir Məmmədov Sahib oğlu şagirdlərin yaddaşında silinməz iz buraxdı. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı həm sürücü həmdə hərbi əməliyyatlarda iştirak edərək Ağdərə, Ağdam, Qubadlının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmişdir.

Dərsdə iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Bahar Həsənova və Aidə Eyvazova çıxış edərək Vətənimizin azadlığı uğrunda qəhrəmancasına vuruşduğuna görə onunla qürur duyduqlarını bildirilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi