Məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə videogörüş keçirilib

21 yanvar 2021-ci il tarixində məktəbin pedaqoji kollektivinin iştirakı ilə xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə videogörüş keçirib.

Microsoft Teams vasitəsilə keçirilən görüşün məqsədi xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə dair Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” barədə müəllimləri məlumatlandırma və onları maraqlandıran sualları cavablandırmaq olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi