"Vətən müharibəsi"ndə igidlik göstərmiş məktəbin məzunları ilə görüş keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən 12.01.2021-ci il tarixində məktəbin 8 “B”, və 9”B” siniflərində Azərbaycan dili müəlimi Qəndab Quliyevanın təşkilatçılığı ilə "Vətən müharibəsi"ndə igidlik göstərmiş məktəbin məzunları ilə görüş keçirildi.

Görüşdə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan Zaur Qurbanov və Əlipənah Zülfüqarov şagirdlərin suallarına həvəslə cavab verərək Qarabağ müharibəsində yenilməz Azərbaycan ordusunun qazandığı uğurlardan, əsgərlərimizin igidliklərindən, ruh yüksəkliklərindən danışdılar.

Dərsdə iştirak edən məktəbin direktoru Nəsimi Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar Həsənova çıxış edərək döyüş iştitakçıları olan qonaqlara uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi