Distant valideyn iclası keçirildi

10.01.2021-ci il tarixində Bakı şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Heydərovanın rəhbərliyi ilə 2"A" sinfidə onlayn valideyn iclası keçirildi.

Mövcud şəraitlə bağlı olaraq distant dərs prosesində yaranan çətinliklər müzakirə edildi. İntensiv olaraq sinifdə dərs keçən ingilis dili müəllimi Sevanə Rüstəmova, Gülnar Tağıyeva və Psixoloq Yeganə Cabbarova çıxış edərək öz fikirlərini bildirdilər.

 Şagirdlərin dərsə davamiyyəti, dərslərə hazırlılığı haqqında fikir mübadiləsi aparıldı. Valideynlər baş verən çətinliklər barədə öz fikirlərini bildirdilər. Müəllimlər valideynlərin suallarını cavablandıraraq övladlarının nizam-intizamı, dərsə davamiyyəti haqqında valideynlərə müəyyən məsləhətlər verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi