"Qəhrəmanlıq dərsi"adlı sinif təşkilat saatı keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrinin icrası ilə əlaqədar olaraq “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planına əsasən

10.01.2021-ci il tarixində Bakı şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin 4 “D” sinif müəllimi Səbinə Aydəmirovanın rəhbərliyi ilə "Qəhrəmanlıq dərsi"adlı sinif təşkilat saatı keçirildi.

Azərbaycanın ərazi bötövlüyü, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan Mayor Məmmədov Zaur Zakir oğlu qonaq qismində dəvət olunduğu təşkilat saatı şagirdlərin yaddaşında silinməz iz buraxdı.

44 günlük Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək Füzuli, Cəbrayıl, Xocavənd, Şuşanın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi