"Vətənin mərd oğulları” adlı sinif təşkilat saatı keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq 08.01.2021-ci il tarixində Bakı şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin 2"A" sinif müəllimi Aybəniz Heydərovanın rəhbərliyi ilə "Vətənin mərd oğulları” adlı sinif təşkilat saatı keçirildi.

Azərbaycanın ərazi bötövlüyü, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan polkovnik-leytenant İbrahimov Raqib Bərxudar oğlu qonaq qismində dəvət olunduğu təşkilat saatı şagirdlərin yaddaşında silinməz iz buraxdı.

O, şagirdlərin suallarına həvəslə cavab verərək bu illər ərzində Azərbaycan ordusunda etdiyi xidmətlərdən, Qarabağ müharibəsində yenilməz Azərbaycan ordusunun qazandığı uğurlardan, əsgərlərimizin igidliklərindən , ruh yüksəkliklərindən danışdı. Bütün yaralı əsgərlərimizə Allahdan şəfa diləyirik. Şəhidlərimizin qarşısında baş əyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi