Sinif təşkilat saatı keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli, F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq, şagirdlərimiz maraqlı video təqdimatlar hazırlamağa davam edirlər.

30.12.2020-ci il tarixində Bakı şəhəri Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbin 3"A" sinif müəllimi Ülviyyə Əliyevanın təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Gününə” həsr olunmuş sinif təşkilat saatı keçirilmişdir.

Azərbaycanın ərazi bötövlüyü, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan Mayor Azər Pirmuradovun qonaq qismində dəvət olunduğu təşkilat saatı şagirdlərin yaddaşında silinməz iz buraxdı. Maraqlı disskusiya şəkilində baş tutan təşkilat saatında şagirdlər "Azərbaycan", "Vətən", "Bayraq" mövzularında şeirlər söyləmiş, çəkdikləri rəsmləri nümayiş etdirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi