Noyabrın 26-da növbəti pedaqoji şura iclası keçirildi. Onlayn formada keçirilən iclasda distant dərslərin keçirilmə vəziyyəti və Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bağlı həyata keçiriləcək maarifləndirici tədbirlərin təşkili məsələləri müzakirə olundu.