Tədris ilinin ilk dərsləri
15 sentyabr "Bilik günü" ölkəmizin hər yerində olduğu kimi məktəbimizdə də yeni qaydalara əsasən başlanılıb. Şagirdlər siniflərə ara məsafəsi gözlənilərək yerləşdirilib.
Giriş qapısında mütamadi olaraq şagirdlərin və müəllimlərin bədən hərarəti yoxlanılıb, əlləri müəyyən məhlullarla dezinfeksiya olunub. İlk dərslər “Gigiyena qaydalarına necə əməl edirəm” mövzusuna həsr olunub.
Məktəbin direktoru N. Quliyev “Bilik Günü” münasibətilə məktəb həyatına qədəm basan birinciləri təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb.