“Virtual məktəb” layihəsi çərçivəsində məsafəli dərs
“Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu layihə çərçivəsində məktəbin Tarix müəllimi Səbinə Əliyeva tədris etdiyi 6 “D” və 6 "Ç" siniflərində "Qədim dünya mədəniyyəti" mövzusunda şagirdləri maraqlandıran suallara ətraflı cavab verərək, şagirdlərinə tapşırıqlar verdi və icrasına nəzarət etdi. Dərsin sonunda şagirdlərin onlayn hazırladıqları divar qəzetləri və əl işləri uşaqlarda böyük marağ yaratdı.