Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirildi
Fevralın 28-də məktəbin illik Fəaliyyət Planının 1.3.9-cu bəndinə uyğun olaraq məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və “İmzalı görüş” layihəsi çərçivəsində şagirdlərin şair və yazıçılar, bədii qiraət ustaları ilə görüşlərinin təşkil məqsədilə nasir, şair, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, respublika komsomolu mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə məktəblilərin görüşü keçirildi. Görüşdə şagirdlər şairin əsərlərindən parçalar ifa etdilər, mahnılar ifa olundu və şairin maraqlı söhbətləri oldu.