"Xocalıya gedən yol" mövzusunda tədbir keçirildi
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir.
Tədbirlər planına müvafiq olaraq fevralın 24 -də 4"C" sinif rəhbəri Nairə Yakubova "Xocalıya gedən yol" adlı tədbir keçmişdir.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sinif rəhbəri Xocalı faciəsi haqqında şagirdlərə geniş məlumat verdi, daha sonra Xocalı faciəsinə aid videoçarx nümayiş olundu. Şagirdlərin ifasında Vətənə,topağa aid bədii parçalar səsləndirildi.