Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
Fevralın 22 -də məktəbin ibtidai sinif müəllimi Səbinə Aydəmirovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 3 "D" sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
Şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış olublar. Mərkəzin bələdçiləri tərəfindən şagirdlərə Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.