Yazıçı, şair, dramaturq, publisist, filologiya üzrə fəlsəfə doktoru dosent Şəmil Sadiqlə görüş keçirilmişdir
Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə ana dili və ədəbiyyat aylığı elan olunmuşdu.
Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu.
Aylığın tədbirlər planına uyğun olaraq fevralın 18-də məktəbin Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Qəndab Quliyevanın təşkilatçılığı ilə yazıçı, şair, dramaturq, publisist, filologiya üzrə fəlsəfə doktoru dosent Şəmil Sadiqlə məktəbin ana dili və ədəbiyyat, ibtidai sinif müəllimlərinin görüşü keçirilmişdir. Görüşdə, həmçinin 118 və 281 nömrəli məktəblərin müəllimləri də iştirak edirdilər.