Buraxılış siniflərində monitorinqlər aparılır
Məktəbin illik Fəaliyyət planının 1.1.3.3 və 1.1.3.7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ana dili və riyaziyyat fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə fevralın 18-dən başlayaraq 9-cu siniflərdə növbəti sınaq test imtahanı keçirilməyə başlanıldı. Sınaq imtahanları buraxılış imtahanlarının birinci mərhələsinə uyğun aparılır.