Mülki Aviasiya Muzeyinə ekskursiya təşkil olunub

Bakı şəhəri 76 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyinə ekskursiyaları təşkil olunub. “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan gəzintinin əsas məqsədi məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaq məqsədlərinə xidmət edir. Ekskursiya zamanı şagirdlərə eksponatlar barədə ətraflı məlumat verilib. Şagirdlər muzeyin kolleksiya fonduna tamaşa ediblər. Qəhrəman təyyarəçilərimizin həyatı haqqında öyrənib, onları maraqlandıran suallara ətraflı cavab alıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi