“Azərsun Holdinq” şokolad fabrikinə ekskursiya

Bakı şəhəri 76 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdləri “Azərsun Holdinq” şokolad fabrikinə ekskursiya edib. “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan gəzintidə 30-a yaxın şagird iştirak edib. Ekskursiya zamanı fabrikdə məktəblilərə şokoladın tarixi, hazırlanma texnologiyası və fabrik haqqında geniş məlumat verilib. İstehsalat sahəsində təmizlik və gigiyena qaydalarına düzgün riayət edilməsi haqda danışılıb və hər kəs xüsusi geyimlərlə təchiz edilib. Məktəblilər şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyiblər. İştirakçılara hazırlanan məhsullardan yerindəcə dadına baxmaq üçün şərait yaradılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi