20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş foto və rəsm sərgisi, divar qəzetləri hazırlanmışdır
Məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədi ilə "20 Yanvar-Ümumxalq hüzn günü" ilə bağlı hazırlanmış tədbirlər planına əsasən silsilə tədbirlərimiz davam edir. Tədbirlər planına müvafiq olaraq 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş foto və rəsm sərgisi, divar qəzetləri hazırlanmışdır.