"İngilis dili dünyası "

19.11.2014 cü il tatixində Suraxanı rayonu,Hövsan qəsəbəsi,Ə.Məmmədov adına 76 saylı tam orta məktəbində "İngilis dili dünyası"başlığı altında maraqlı bir tədbir kecirtdik.Bu tədbirdə İngilislərin tarixi,mədəniyyəti,siyasəti,görməli yerləri haqda geniş məlumat erildi.Azərbaycan tarixi,mədəniyyəti,siyasəti inkişafı,ulu öndərimiz Heydər Əliyevin qoyduğu plan üzərində irəliyyə doğru daima inkişaf siyasətini əlində əsas tutaraq,irəliyyə doğru adımlayan prezidentimiz İlham Əliyev haqda məruzələr dinlənildi.Tədbirdə:səhnələr,mahnılar,rəqslər,yumorlar,şerlər,cıxışlar bir-birini əvəz edirdi.Bu tədbirdə 1-ci sinifdən11- ci sinif şagirdlərinə qədər hamı iştirak edirdi.Tədbiri İradə Lalə və Alidə müəllimə hazırlamışdı.Bu tədbirdə qəsəbəki bütün məktəblərin müdirləri,ingilis dili müəllimləri iştirak etmişdilər Tədbirdə həmcinin məktəbimizin müəllimləri,şagirdlər,valideyinlər iştirak edirdilər.Fən müəllimi İradə Zaman qızı tədbirin bu ərsəyə gəlib catmasında əməyi olan bütün iştirakcılara minnətdarlığını bildirdi Sonra söz məktəbin dərs hissə müdiri İ.Nəriman müəllimə verildi.O,tədbirin uğurla kecdiyini bildirdi.Sonra söz 76 № li məktəbin direktoru:Tağıyeva Tehranə xanıma verildi,O,məktəbimizdə bir-birinin ardınca kecən tədbirlərdən,acıq dərslərdən,viktorinalardan və s fənlərdən bəhs edən tədbirdən söhbət acdı."İngilis dili dünyası"başlığı altında kecən bu tədbir haqda öz xoş fikirlərini söylədi.Tədbirdə iştirak edən müəllimləri və şagirdləri fəxri fərmanlarla təbrik etdi.Təbrik ücün digər məktəb müdirlərinə söz verildi.196 №li məktəbin müdiri H.Ağası müəllim,280 № məktəbin müdiri Ə.Gülşən müəllimə bu tədbir haqda öz xoş sözlərini söylədilər.