Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Dəyirmi masa” keçirildi
Dekabrın 26-da məktəbin Fəaliyyət Planının 1.3.15-ci bəndinə uyğun olaraq şagirdlərdə Azərbaycançılıq məfkurəsinin təbliği, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması məqsədilə Nigar Bayramova rəhbərlik etdiyi 8”D” sinfində “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nə həsr olunmuş “Dəyirmi masa” keçirdi. Şagirdlər birlik və bərabərliyi əks etdirən maraqlı çıxışlar edərək öz əl işlərindən ibarət divar qəzetləri hazırladılar.