İbtidai siniflərdə nümunəvi dərslər keçirilir
Məktəbin illik Fəaliyyət Planının 1.2.4-cü bəndinə uyğun olaraq gənc müəllim –peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması, gənc müəllimlərin pedaqoji bacarıqlarının inkişaf etdirilməsi, özünə inamın artırılması, yaradıcı işə meylin gücləndirilməsi məqsədilə nümunəvi dərslər təşkil olunur.
Dekabrın 19-da məktəbin ibtidai sinif müəllimi Samirə Əliyeva 2"C" sinfində həyat bilgisi dərsində "Yer kürəsi" mövzusunda nümunəvi dərs keçmişdir. Dərsdə məktəb rəhbərliyi ilə yanaşı gənc və təcrübəli müəllimlər də iştirak edirdilər.