"Valideynin məktəbdə bir günü" layihəsi keçirilir

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması və BŞTİ- nin 26.11.2019-cu il tarixli F-448 №-li əmrinin icrasının təmin edilməsi məqsədilə dekabrın 17-də Bakı şəhəri 76 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi.

Tədbirin rəsmi hissəsində təhsil müəssisəsində 2019-2020-ci tədris ilində görülmüş işlərin hesabatı verildi. Valideynlərin rəy və təklifləri dinlənildi. Sonra valideynlər məktəbin birinci növbəsində fəaliyyət göstərən 1,4,6-11-ci sinifləri olmaqla 44 sinifdə dərslərdə iştirak etdilər.

Dərslərdən sonra valideynlərin dinlədikləri dərslər haqqında təəssüratları dinlənildi. Valideynlər məktəbədən xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi