VII sinif şagirdi Babayeva Zəhra rəsm müsabiqəsinin qalibi oldu20 fevral 2019 cu il tarixində Sabunçu rayon Gənclər İdarəsinin təşkil etdiyi "Xocalı faciəsini unutma" mövzusunda rəsm müsabiqəsi kecirildi. Rəsm müsabiqəsinin məktəb turunun qalibi VII B sinif şagirdi Babayeva Zəhra eyniadlı rəsm müsabiqəsində rayon üçüncüsü oldu və diplom, hədiyyələrlə təltif edildi.
Babayeva Zəhra Cəlal qızı məktəbin 7B sinfində oxuyr və 3 ildir həmin məktəbdə fəaliyyət göstərən rəsm dərnəyinin fəal üzvlərindən biridir. 2017 və 2018 ci ildə fərdi sərgiləri təskil olunmuşdur. Dəfələrlə rəsm müsabiqələrində iştiak edib. Biz də məktəb kollektivi adından qalibi təbrik edirik və gələcək müsabiqələrdə daha böyük uğurlar arzulayırıq.
Son 3 ildə məktəbimizin əldə etdiyi nəaliyyətlərXavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin son 3 ildə qazandığı nailiyyətlər:
2015-2016 cı tədris ilində ali məktəbə qəbul olan şagirdlərin (sənəd verənlərin) faizi əvvəlki ilə nisbətdə 14% artıb 36%-ə çatmışdır.
2016-2017 ci tədris ilində ali məktəbə qəbul olan şagirdlərin (sənəd verənlərin) faizi əvvəlki ilə nisbətdə 17% artıb 53%-ə çatmışdır. Eləcə də IX sinif şagirdlərin buraxılış imtahanın nəticələrinə görə Məktəbimiz 222 pillə irəlilləyərək Bakı şəhəri məktəbləri arasında 36-cı yeri tutmuşdur.
2017-2018 ci tədris ilində ali məktəbə qəbul olan şagirdlərin (sənəd verənlərin) faizi əvvəlki ilə nisbətdə 17% artıb 70%-ə çatmışdır. Eləcə də Məktəbimiz IX sinif şagirdlərin buraxılış imtahanın nəticələrinə görə qarşısına qoyduğu məqsədə çatmış və Bakı şəhəri məktəbləri arasında ilk 50-likdə qalmağı bacararaq 48-ci yeri tutmuşdur.
Şagirdimizin uğuruXəbər verdiyimiz kimi IX sinif şagirdimiz İsa İsayev növbəti yarışmada bizə birinciliyi əldə edəcəyinə söz versə də, ancaq üçüncü yerlə kifayətlənməli oldu. Bunun obyektiv bir səbəbi var: İsa ilk dəfə idi ki, 38 kiloqram çəki dərəcəsində yarışırdı. Yəni İsa balamız buna qədər həmişə 34 kiloqramlıq çəki dərəcəsi ilə mübarizə aparsa da bu dəfə o, çəki dərəcəsini artırmışdı. Peşəkar idmanla məşğul olanlar bunun nə olduğunu yaxşı bilirlər! İsaya növbəti yarışlarda daha möhtəşəm qələbələr arzu edirik!