Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi15 iyun 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Konfrans 15 iyun - "Milli Qurtuluş Günü" nə təsadüf etdiyi üçün Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev konfrans iştirakçılarını salamlayaraq, 2020/2021-ci tədris ilində görülən işlər barədə statistik məlumatlar verərək, 2021-ci ilin I yarım ilinin yekunları barədə çıxış etmişdir. Ardınca 68, 108, 130, 142, 148, 170, 192, 209 , 271, 307 və 309 nömrəli tam orta məktəbin şagirdlərinin " Qurtuluşdan Zəfərə" "Ağıllı kənd" , "Nizami dünyası", "My success story", "Atom bombası" , "Zəncirvari nüvə reaksiyası" , " Ana dilimiz" , "Rus dilinin inkişaf aspektləri", " Səs və onun insan həyatında rolu " və.s mövzularına toxunaraq araşdırma işləri hazırlayıb, təqdimat etmişlər. Təqdimatlar ümumi struktura uyğun olaraq başlıq, giriş(problemin qoyuluşu, aktuallıq, yenilik) əsas hissə , işin məqsəd və vəzifələri, və xülasələlərə toxunularaq hazırlanmışdır. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, 150-dən çox şəxs - məktəb rəhbərləri, KA rəhbərləri , müəllimlər , şagirdlər iştirak etmişdir.
"Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans keçirilmişdir11.06.2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz"Kiçik Akademiya"nın təşkilatçılığı Tarix kafedraları üzrə "Qurtuluşdan Zəfərə gedən yol" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev çıxış edərək, elmi-praktiki konfrans haqqında ümumi məlumat verdi. Ardınca elmi-praktiki konfransın gündəliyinə əsasən 67 nömrəli tam orta məktəbin şagirdi Ağayeva Azərin, 71 nömrəli tam orta məktəbin şagirdi Gözəlov Müşfiq, 80 nömrəli tam orta məktəbin şagirdi Hacıyev Səfərəli, 81 nömrəli tam orta məktəbin şagirdi Babayeva Arzu və 96 nömrəli tam orta məktəbin şagirdi Abbasquliyeva Səmayə hazırladıqları təqdimatlar, elmi-məqalələr ilə mövzu ətrafında çıxış etdilər. Çıxışlar "Qurtuluş - Heydər Əliyev", "Ümummilli lider və Zəfərə gedən yol" , "Qurtuluş və İlham Əliyev" mövzularına əsasən baş tutmuşdur. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin "Gənclərə verilən dəstək ", "Savadlı kadrların stimullaşdırılması" siyasətini əsas tutaraq buraxılış imtahanlarında yüksək bal toplamış və "Kiçik Akademiya"ların işlərində fərqlənən şagirdlərin stimullaşdırılması məqsədilə təltif edilmiş şagirdlər haqqında təqdimat nümayiş olunmuşdur. Elmi-praktiki konfransda 150-ə yaxın şagird, müəllim, KA rəhbələri və məktəb rəhbərləri iştirak etmişdir.
"Şərqdə ilk Respublika - Müstəqil Azərbaycan" adlı elmi-praktiki konfrans keçirildi27.05 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə mərkəz "Kiçik Akademiya" nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə "Şərqdə ilk Respublika - Müstəqil Azərbaycan" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Ardınca Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə mərkəz "Kiçik Akademiya" nın rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək, elmi-praktiki konfrans haqqında məlumat verdi. Elmi-praktiki konfransın gündəliyinə əsasən 113 nömrəli tam orta məktəbin direktoru Gültəkin Rüstəmova , 128 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" rəhbəri Sevinc Fətullayeva, 305 nömrəli tam orta məktəbin şagirdi Mahmudlu Ümid "Şərqdə ilk Respublikanın yaradılması", "Müstəqil Azərbaycan", "Heydər Əliyev və Müstəqil Azərbaycan", " Zəfər Tariximiz" mövzularına toxunaraq elmi-məqalə, təqdimatla çıxış etdilər.
Fərqlənən şagirdlər Diplom ilə təltif edildiMəktəbin iki şagirdi: Həsənova Səriyyə və Məmmədova Nigar buraxılış imtahanında yüksək bal topladiqlarına və "Kiçik Akademiya"nın işlərində fərqləndiklərinə görə Diplom ilə təltif edildi.
“Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri bəlli olmuşdurSabunçu rayonu Mərkəz “Kiçik Akademiya”nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “Kiçik Akademiya”ların Tarix və Coğrafiya kafedraları üzrə “Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri bəlli olmuşdur.Nəticələrə əsasən məktəbin VII sinif şagirdi Cabbarlı Mirseyyaf Bunyad oğlu III yerə layiq görülərək, Diplom ilə təltif edilmişdir.
“Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirildi08.05.2021-ci il tarixdə Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Humanitar bölmə, Coğrafiya kafedraları üzrə Microsoft Teams Platforması üzərindən “Heydər Əliyev və Zəfər Tariximiz – Şuşa, Laçın” adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Daha sonra giriş sözü olaraq Sabunçu rayonunun “Kiçik Akademiya”üzrə mərkəz məktəbinin rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev çıxış edərək elmi-praktiki konfrans haqqında məlumat verdi. Ardınca BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, AzTU-nun Abituriyentlərlə və tələbələrlə iş üzrə sektorunun müdiri Əsmər Nəbiyeva çıxış edərək, öz dəyərli fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər. Konfransın gündəliyinə əsasən adları siyahıda qeyd olunan şəxslərin çıxışları baş tutmuşdur : 1. 305 nömrəli tam orta məktəbin şagirdi - Əlizadə Ayan (təqdimat); 2. 215 nömrəli tam orta məktəbin direktoru - Cavad Mustafayev; 3. 75 nömrəli tam orta məktəbin direktoru - Həqiqət Bayramova; 4. 90 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi - Ramilə Məmmədli; 5. 252 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi – Jalə Gülalıyeva; 6. 74 nömrəli tam orta məktəbin şagirdi – Ülkər Əsgərova; 7. 75 nömrəli tam orta məktəbin şagirdi – Nuray Quliyeva; 8. 215 nömrəli tam orta məktəbin şagirdi – Aydan İsrayılova
" Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans keçirilmişdir28.04.2021- ci il Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən " Zərifə Əliyeva - oftalmologiya elminin inkişafında müstəsna xidmətləri" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev konfransın gündəliyi barədə iştirakçılara məlumat verdi. Daha sonra Ardınca 128 nömrəli tam orta məktəbin “Kiçik Akademiya"sının hazırladığı videoçarxa baxış oldu. Konfransın gündəliyinə uyğun olaraq 112 nömrəli tam orta məktəbin direktor müavini İlahə Abdullazadə, 107 nömrəli tam orta məktəbin direktoru Jalə Məhərrəmova, 169 nömrəli tam orta məktəbin direktor müavini Fərman Əmirov, 78 nömrəli tam orta məktəbin “Kiçik Akademiya” rəhbəri, biologiya müəllimi Elşad Əliyev, 112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya”sının Kimya-Biologiya kafedralarının məsləhətçi müəllimi Lətifə Mustafazadə, 72 nömrəli məktəb-liseyin biologiya müəllimi Nərgiz Mikayılova, 255 nömrəli tam orta məktəbin şagirdi Tahir Yaqubov, 72 nömrəli məktəb-liseyin şagirdi Bəhrəmov Emil, 78 nömrəli tam orta məktəbin şagirdi Şəfa İbrahimova və 112 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Dərya mövzu ilə əlaqədar olaraq hazırladıqları təqdimatlardan, elmi-məqalələrdən istifadə edərək çıxışlar etdilər.
Nizami Gəncəvi-dünya ədəbiyyatının incisi" adlı elmi-məqalə müsabiqəsi keçirildiBu gün Sabunçu "Kiçik Akademiya"ların Humanitar bölmələrı üzrə təşkil olunan "Nizami Gəncəvi-dünya ədəbiyyatının incisi" adlı elmi-məqalə müsabiqəsində fərqləndiyinə görə məktəbin X sinif şagirdi Quliyeva Nuray Vüsal qızı Sertifikatla tətif edildi.Şagirdi təbrik edirik,uğurlarının davamlı olmasını arzu edirik.
Biologiya kafedraları üzrə layihə müsabiqəsi keçirildiSabunçu Regional "Kiçik Akademiya"sının, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə 08 aprel - 15 aprel tarixlərində Biologiya kafedraları üzrə keçirilən layihə müsabiqəsinin nəticələri bəlli olmuşdur. Müsabiqədə
"Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirildi18.04.2021- ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Nizami Gəncəvi İli"nin elan olunması ilə əlaqədar "Nizami Gəncəvi - dünya ədəbiyyatının incisi" adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda 100 - ə yaxın müəllim, şagird , gənclər iştirak edirdi. Konfransı giriş sözü sözü ilə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev başladı. Daha sonra 130 nömrəli tam orta məktəbin şagirdi Babayeva Esmiranın hazırladığı videoçarxa baxış oldu. Ardınca Sabunçu İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y. adına 112 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə , 169 nömrəli tam orta məktəbin TTİ üzrə direktor müavini Fərman Əmirov , elmi-məqalə müsabiqəsinin qalib müəllimləri ; Aysel Vəlizadə (255 nömrəli tam orta məktəb), Məmmədli Sevinc (307 nömrəli tam orta məktəb), Manaflı Mehri (128 nömrəli tam orta məktəb), Qəmbərova Məhsəti (113 nömrəli tam orta məktəb), Vəliyeva Humay ( 155 nömrəli tam orta məktəb), elmi-məqalə müsabiqəsinin qalib şagirdləri ; Tağızadə Rəhiməxanım (96 nömrəli tam orta məktəb), Rüstəmova Aysu (142 nömrəli tam orta məktəb) Bahar Həmidova (271 nömrəli tam orta məktəb) yazdıqları məqalələri üzrə çıxış etdilər.
Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur03.04.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin, 4 nömrəli VMA-nın təşkilatçılığı ilə Microsoft Teams Platforması üzərindən "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans təşkil olunmuşdur. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başladılmışdır. Ardınca YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin sədr müavini, Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbəri , 4 nömrəli VMA-nın prezidenti Sərxan Şahverdiyev giriş sözü ilə konfransı davam etdirdi. Sabunçu Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın katibi, A.X.Y adına 112 nömrəli tam orta məktəb Tİ üzrə direktor müavini, ibtidai sinif müəllimi İlahə Abdullazadə "Aprel döyüşləri Zəfər Tariximizin toxumaları" adlı məqaləsi ilə çıxış etdi. 107 nömrəli tam orta məktəbin direktoru Məhərrəmova Jalə "Aprel döyüşlərinin Zəfər Tarixinə inteqrasiyası" adlı məqaləsi ilə çıxış etdi. Daha sonra 72 nömrəli tam orta məktəbin 10 "A" sinif şagirdi Bəhramov Emil hazırladığı videoçarxı konfrans iştirakçılarına təqdim etdi. Konfransda 100 - ə yaxın məktəb rəhbərliyi, KA rəhbərləri, müəllimlər, gənclər, şagirdlər iştirak etmişdir.
Regional iclas keçirdi30.03.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbərliyi ilə Regional iclas baş tutdu. İclasda 44 məktəbdən direktorlar, direktor müavinləri, KA rəhbərləri iştirak edirdi. Sabunçu Regional"Kiçik Akademiya"sının rəhbəri Sərxan Şahverdiyev çıxış edərək Aprel-İyun ayları ərzində görüləcək işlər barədə aşağıda göstərilən formada qeyd etmişdir : 1. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans; 2. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsi; 3. "Nizami Gəncəvi İli" ilə bağlı təqdimat müsabiqəsi; 4. "Nizami Gəncəvi İli" ilə bağlı intellektual müsabiqə; 5. "Nizami Gəncəvi İli" ilə bağlı elmi-praktiki konfrans; 6. "Nizami Gəncəvi İli" ilə bağlı əsərlərin STEAM layihəsində inteqrasiyası; 7. "Zəfər Tariximiz və milli ruh" adlı elmi-praktiki konfrans; 8. "Kiçik Akademiya" prezidentləri, vitse-prezidentləri, bölmə rəhbərləri, kafedra müdirləri üçün təlimlər. İclasında sonunda suallara cavablar verildi. #bşti
2 Fevral "Gənclər günü"nə həsr olunmuş "Heydər Əliyev siyasəti və Gənclər günü" mövzusu üzrə intellektual müsabiqə keçirildi31.01.2021-ci il tarixdə YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyi 2 Fevral "Gənclər günü"nə həsr olunmuş "Heydər Əliyev siyasəti və Gənclər günü" mövzusu üzrə intellektual müsabiqə təşkil etdi. Müsabiqə Teams platforması üzərindən Forms App proqramı vasitəsi ilə təşkil olunmuşdur. Yekun nəticələrə əsasən 75 nömrəli tam orta məktəbin X sinif şagirdi Quliyeva Nuray "95" bal ilə I yeri, 215 nömrəli tam orta məktəbin X sinif şagirdi İsrayılova Aydan "90" bal ilə II yeri, 311 nömrəli tam orta məktəbin XI sinif şagirdi İsmayılov Məhəmməd "85" bal ilə III yeri , 28 nömrəli tam orta məktəbin X sinif şagirdi Kişiyeva Ülkər III yeri əldə etmişdir. Müsabiqədə iştirak edən, qalib olan gənclərə uğurlar və müvəffəqiyyətlər arzu edirik !
Məktəb 1956-cı ildə inşa edilib. 350 yerlik şagird kontingenti üçün nəzərdə tutulub. Birtipli layihə əsasında tikilib, ...
Məktəb 1956-cı ildə inşa edilib. 350 yerlik şagird kontingenti üçün nəzərdə tutulub. Birtipli layihə əsasında tikilib, ...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi