Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi

15 iyun 2021-ci il tarixdə Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın təşkilatçılığı ilə 2020/2021-ci tədris ilində görülən işlərlə bağlı hesabat konfransı keçirildi. Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Konfrans 15 iyun - "Milli Qurtuluş Günü" nə təsadüf etdiyi üçün Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Sabunçu rayonu ümumtəhsil məktəbləri üzrə Mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev konfrans iştirakçılarını salamlayaraq, 2020/2021-ci tədris ilində görülən işlər barədə statistik məlumatlar verərək, 2021-ci ilin I yarım ilinin yekunları barədə çıxış etmişdir. Ardınca 68, 108, 130, 142, 148, 170, 192, 209 , 271, 307 və 309 nömrəli tam orta məktəbin şagirdlərinin " Qurtuluşdan Zəfərə" "Ağıllı kənd" , "Nizami dünyası", "My success story", "Atom bombası" , "Zəncirvari nüvə reaksiyası" , " Ana dilimiz" , "Rus dilinin inkişaf aspektləri", " Səs və onun insan həyatında rolu " və.s mövzularına toxunaraq araşdırma işləri hazırlayıb, təqdimat etmişlər. Təqdimatlar ümumi struktura uyğun olaraq başlıq, giriş(problemin qoyuluşu, aktuallıq, yenilik) əsas hissə , işin məqsəd və vəzifələri, və xülasələlərə toxunularaq hazırlanmışdır. Hesabat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri üzrə sektorun baş məsləhətçisi Sevinc xanım Əzimova, 150-dən çox şəxs - məktəb rəhbərləri, KA rəhbərləri , müəllimlər , şagirdlər iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi