Məktəb 1956-cı ildə inşa edilib. 350 yerlik şagird kontingenti üçün nəzərdə tutulub. Birtipli layihə əsasında tikilib, ikinövbəli, 5 günlük iş rejimində fəaliyyət göstərir. Məktəbdə 1076 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 65 müəllim məşğuldur. 2007-ci ildə son dəfə əsaslı təmir olunub. Hal-hazırda məktəb üçün yeni tədris korpusu tikilib istifadəyə verilib. Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin təlim-tərbiyəsinin düzgün formalaşdırılması tədrisin keyfiyyətinin daimi artırılması üçün məktəbin pedaqoji kollektivi bütün imkanlardan bacarıqla istifadə edir. Məktəbdə böyük iş təcrübəsinə malik olan stabil pedaqoji kollektiv var. Məktəbdə şagirdlərin əsaslı təhsil almaları üçün geniş sinif otaqları, laboratoriyalar, idman zalı mövcuddur. Məktəbdə bədii qiraət, rəsm, xalq yaradıcılığı dərnəkləri, musiqi dərnəyi fəaliyyət göstərir.