Regional iclas keçirdi
30.03.2021-ci il tarixdə Sabunçu Regional "Kiçik Akademiya"sının rəhbərliyi ilə Regional iclas baş tutdu. İclasda 44 məktəbdən direktorlar, direktor müavinləri, KA rəhbərləri iştirak edirdi.
Sabunçu Regional"Kiçik Akademiya"sının rəhbəri Sərxan Şahverdiyev çıxış edərək Aprel-İyun ayları ərzində görüləcək işlər barədə aşağıda göstərilən formada qeyd etmişdir :
1. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı elmi-praktiki konfrans;
2. "Aprel döyüşlərindən Zəfər Tarixinə gedən yol" adlı STEAM müsabiqəsi;
3. "Nizami Gəncəvi İli" ilə bağlı təqdimat müsabiqəsi;
4. "Nizami Gəncəvi İli" ilə bağlı intellektual müsabiqə;
5. "Nizami Gəncəvi İli" ilə bağlı elmi-praktiki konfrans;
6. "Nizami Gəncəvi İli" ilə bağlı əsərlərin STEAM layihəsində inteqrasiyası;
7. "Zəfər Tariximiz və milli ruh" adlı elmi-praktiki konfrans;
8. "Kiçik Akademiya" prezidentləri, vitse-prezidentləri, bölmə rəhbərləri, kafedra müdirləri üçün təlimlər.
İclasında sonunda suallara cavablar verildi.
#bşti