“Məktəblilərin respublika çempionatın”da qalib olan şagirdimiz Narin HəsənovaElm və Təhsil, Gənclər və İdman nazirlikləri və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə taekvondo üzrə “Məktəblilərin respublika çempionatı” keçirilmişdir.
Belə ki, 227 gənc taekvondoçuların iştirakı ilə keçirilən çempionatda Narin Həsənova -55 kq qızlar arasında bütün rəqiblərinə qalib gələrək, I yerə yüksəlmişdir. Qeyd edək ki, bu uğurundan sonra Narin ikiqat respublika çempionu tituluna sahib olub.
Narini bütün 75 nömrəli tam orta məktəb adından təbrik edir, idman karyersında bol-bol uğurlar arzu edirik. Bu gözəl qalibiyyət üçün məktəb rəhbərliyi də Narini təltif etdi.
Şagirdimizin uğuruMəktəbin 5 "C" sinif şagirdi Həsənquliyeva Nuray Maarif qızı Rəşid Behbudov adına Dövlət mahnı teatrında keçirilən çalğı alətləri müsabiqəsində birinci yerə layiq görülmüşdür. Məktəbin direktoru İbrahimova Günel xanım, sinif rəhbəri Səlimova Fəridə müəllimə Nurayı təbrik edib və bu yolda ona ugurlar arzuladılar.
Şagirdimiz “Ölkəmizi tanıyaq” lahiyəsiin qalibi oldu Noyabrın 21-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb. Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunub. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
Bu ilki "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində rayonumuz mühtəşəm qalibiyyət əldə etmişdir. Üç yerin hamısına Sabunçu rayonu layiq görülmüşdür. O cümlədən, 10 a sinif şagirdi Həsənova Səriyyə Nəsiman qız bu lahiyədə ıməktəbimizi təmsil edərək 1-ci yerə layiq görülən şagirdlər sırasında yer tutmuşdur.