Nailiyyətlərimiz

Şagirdimiz “Ölkəmizi tanıyaq” lahiyəsiin qalibi oldu  Noyabrın 21-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi başa çatıb. Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunub. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.    Bu ilki "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində rayonumuz mühtəşəm qalibiyyət əldə etmişdir. Üç yerin hamısına Sabunçu rayonu layiq görülmüşdür. O cümlədən, 10 a sinif şagirdi Həsənova Səriyyə Nəsiman qız bu lahiyədə ıməktəbimizi təmsil edərək 1-ci  yerə layiq görülən şagirdlər sırasında yer tutmuşdur.

VII sinif şagirdi Babayeva Zəhra rəsm müsabiqəsinin qalibi oldu20 fevral 2019 cu il  tarixində Sabunçu rayon Gənclər İdarəsinin təşkil etdiyi "Xocalı faciəsini unutma" mövzusunda  rəsm müsabiqəsi kecirildi. Rəsm müsabiqəsinin məktəb turunun qalibi VII B sinif şagirdi Babayeva Zəhra  eyniadlı rəsm müsabiqəsində rayon üçüncüsü oldu və diplom, hədiyyələrlə təltif edildi. Babayeva Zəhra Cəlal qızı məktəbin 7B sinfində oxuyr və 3 ildir həmin məktəbdə fəaliyyət göstərən rəsm dərnəyinin fəal üzvlərindən biridir. 2017 və 2018 ci ildə fərdi sərgiləri təskil olunmuşdur. Dəfələrlə rəsm müsabiqələrində iştiak edib. Biz də məktəb kollektivi adından qalibi təbrik edirik və gələcək müsabiqələrdə daha böyük uğurlar arzulayırıq.

Son 3 ildə məktəbimizin əldə etdiyi nəaliyyətlərXavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin son 3 ildə qazandığı nailiyyətlər: 2015-2016 cı tədris ilində ali məktəbə qəbul olan şagirdlərin (sənəd verənlərin) faizi əvvəlki ilə nisbətdə 14% artıb 36%-ə çatmışdır. 2016-2017 ci tədris ilində ali məktəbə qəbul olan şagirdlərin (sənəd verənlərin) faizi əvvəlki ilə nisbətdə 17% artıb 53%-ə çatmışdır. Eləcə də IX sinif şagirdlərin buraxılış imtahanın nəticələrinə görə Məktəbimiz 222 pillə irəlilləyərək Bakı şəhəri məktəbləri arasında 36-cı yeri tutmuşdur. 2017-2018 ci tədris ilində ali məktəbə qəbul olan şagirdlərin (sənəd verənlərin) faizi əvvəlki ilə nisbətdə 17% artıb 70%-ə çatmışdır. Eləcə də Məktəbimiz IX sinif şagirdlərin buraxılış imtahanın nəticələrinə görə qarşısına qoyduğu məqsədə çatmış və Bakı şəhəri məktəbləri arasında ilk 50-likdə qalmağı bacararaq 48-ci yeri tutmuşdur.

HAQQIMIZDA

Məktəb 1956-cı ildə inşa edilib. 350 yerlik şagird kontingenti üçün nəzərdə tutulub. Birtipli layihə əsasında tikilib, ...

BİZİM FƏXRLƏRİMİZ

Nərmin Sultanova İlqar

Aydan Mehtiyeva Natiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi