31 mart azərbaycanlıların soyqırımı günü münasibəti ilə dəyirmi masa keçrildi
Bu gün məktəbimizdə 31 mart azərbaycanlıların soyqırımı günü münasibəti ilə dəyirmi masa keçrildi. Bu anım tədbirində şagirdlərə 1918-ci ildə xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verilmiş şagirdlərlə müzakirələr aparılmışdı. Bu müzakirələrdə məktəbimizin tarix müəllimi Asif Hüseynov öz şəxsi tədqiqatlarına əsasən o ağrılı günlərdə doğma kəndi -Zabrat kəndinin yaşadıqları müsibətləri haqqında da bir çox dəyərli məlumatları işıqlandırdı.