“ Təbiətin səsi, səssiz fəryadı”

Aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik
II A sinfinin istedadlı şagirdləri ilə
“ Təbiətin səsi, səssiz fəryadı” adlı tədbir keçirildi. Şagirdlər hazırladıqları bir-birindən maraqlı səhnələr nümayiş etdirdilər. Balaca atkyorlar tərəfindən səhnələşdirilmiş “ Yadplanetlinin dərsi” ,
“Təbiətsevənlər klubu” , “ Ağacların bəhsi”, “ Meyvələrin söhbəti” səhnələri müəllimlər və valideynlər tərəfindən maraqla izlənildi.
Şagirdlər bəzən təbiətin demək istədiyi lakin deyə bilmədiyi kəlmələri , onların sevinc və fəryadını böyük məharətlə səsləndirdilər.
Şagirdlərin ifasında Yadplanetli Aydına öz evini- Yer planetini çirkləndirməməyi , Anar müəllim isə məktəbə maşınla yox velosipedlə gəlməklə təbiəti qorumağın yollarını uşaqlara başa saldı.
Tədbirin sonunda məktəbin Uşaq Birliyi Təşkilat Rəhbəri Əhmədova Könül, sinif müəllimi Əminə Vəliyeva və valideynlər çıxış edərək balaca aktyorlara təşəkkür edərək dərslərində uğurlar arzuladılar.