"İncəsənət aylığı"nın növbəti yekun tədbiri

29.05.2025 - ci ildə BŞTİ - nin 01.04.2025 tarixli
N 3-29-59/3-2-150F/2025 nömrəli əmrinə əsasən "Dəyərlərimizi qoruyaq" "Ailəm və məktəbim" layihələrinin keçirilməsi, eyni zamanda məktəbimizdə "İncəsənət aylığı"nın növbəti yekun tədbirində "Mətbəx mədəniyyətimiz - Analar və qızların təqdimatında" və "Milli musiqimiz xalqımızın milli dəyəridir" adlı musiqili əyləncəli tədbir baş tutdu. Tədbir Azərbaycanın Dövlət himni səslənməsi ilə açıq elan edildi. Məktəbin direktoru Günel İbrahimova tədbir iştirakçılarını salamlayaraq uğurlar arzuladı. Tədbirdə müxtəlif yaş qrupları və çəkidə olan idmançı şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. VIII sinif valideynləri və övladları arasında "Ən yaxşı paytaxt salatı" eyni zamanda VII sinif valideynləri öz övladları ilə "Azərbaycanın milli kino və tamaşalarından hazırlanmış fraqmentləri tanıma" adlı müsabiqələri keçirildi və qaliblər müəyyən olundu. Bundan başqa tədbirdə müxtəlif yaş qruplarında olan şagirdlər öz rəssamlıq qabiliyyətlərini göstərdilər.