"Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur" tamaşası

Məktəbimizdə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində tədbir təşkil olundu. Azərbaycan xalqının qonaqpərvərliyini M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur" tamaşasının timsalında nümayiş edildi.
Tamaşa məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi- Cəfərova Nərmin müəllimin təşkilatçılığı ilə baş tutdu.Məktəbin şagirdləri öz aktyorluq bacarıqlarını nümayiş etdirərək milli dəyərlərimizi yüksək səviyyədə sərgilədilər.