"Narkomaniya ümumbəşəri bəladır" xüsusı mövzu əsasında maarifləndirici tədbir keçirildi
09.03.2016-cı il tarixdə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlaının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin YYÇPİTB-in rəisi polis mayoru Əli Babayev, 15-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Əhmədov, Sabunçu rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşı Səbahət Hümbətova iştirak etmişlər. Tədbir iştirakçıları narkomaniyanın yaranması fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı müzakirə ilə çıxış etmişdir. Tədbirdə həmçinin narkomaniya ilə bağlı video çarx şagirdlərə nümaiş olunmuşdur. Tədbirin sonunda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdlərimaraqlandıran suallar cavablandırıldı.