“Uşaq ədəbiyyatında hikmət xəzinəsi” adlı ədəbi bədii gecə keçirildi


      Aprelin 24-də 75 nömrəli tam orta məktəbin 4b sinfində “Oxu günü” nə həsr olunmuş ədəbi bədii gecə  keçirildi. "Mütaliəni həyat tərzinə çevirək" devizi altinda keçirilən bu  tədbir məktəbin kitabxana müdiri Nargilə xanımın və sinif müəllimi Əminə Vəliyevanın birgə fəaliyyəti ilə ərsəyə gəldi. Şagirdlərin bədii ,elmi-kütləvi ədəbiyyat nümünələrinin mütaliəsinə həvəsləndirilməsi  məqsədilə keçirilən tədbirə müəlimlər, valideynlər və Sabunçu rayonu MKS nin 12 saylı kitabxana filialının müdiri Vəsilə xanım dəvət olunmuşdu. 4b sinfinin şagirdləri elm, zəhmət, sözün dəyəri,doğruluq və s. kimi insani dəyərlərə aid atalar sözləri, məsəllər, həmçinin Azərbaycan,rusklassiklərindən N.Gəncəvi,S.Şirazi,M.Ə.Sabir,A.Şaiq,A.Səhhət,

İ.Krılovun əsərlərini, ibrətamiz hekayələri səhnələşdirərək  bilik və istedadlarini məharətlə nümayiş etdirdilər. Dəvət olunan qonaqlar çıxış edərək mütaliənin dəyərini və vacibliyini  haqqında oz  fikirlərini və tövsiyələrini  bildirdilər. Kitabxana xətti ilə bədii əsərlərin oxusu və müzakirələrin təşkiıini vacibliyini əks etdirən bu tədbirdə belə bir nəticəyə gəldik: ”Oxuduqlarımı ayaqlarım altına qoysam əlim oxumadıqlarıma çatmaz”..

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi