15 sentyabr Bilik Günüdür

Bu gün Elm və Təhsil nazirinin “2025-2026-cı tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmrinə və məktəbin illik Fəaliyyət planının 1.3.1-ci bəndinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi məktəbimizdə də "Bilik günü" qeyd edildi. Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən məktəbin direktoru Günel İbrahimova məktəbə ilk qədəm qoyan birinciləri və onların valideynlərini təbrik etdi.

Daha sonra birincilərin ifasında maraqlı şeirlər, musiqilər səsləndirildi. İlk zəng vurulduqdan sonra şagirdlər sinif otaqlarına daxil oldular. Məktəbdə ilk dərs məşğələsi "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi