"SƏNƏTDƏ HƏR KƏSİN ÖZ YERİ VARDIR" adlı məktəblərarası bilik yarışı keçirildi
12 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 170 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN anım gününə həsr olunmuş "SƏNƏTDƏ HƏR KƏSİN ÖZ YERİ VARDIR" adlı məktəblərarası bilik yarışı keçirildi. Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Fenomen şəxsiyyət Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Fuad Mirzəyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat yolundan, onun uzaqgörənliyindən, Azərbaycan təhsilinin mühüm inkişaf mərhələlərinin məhz onun adı və fəaliyyəti ilə bağlı olduğundan geniş söhbət açaraq onun elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşdığını məktəblilərin diqqətinə çatdırdı.
Tarix müəllimi Niyaməddin Quliyev çıxış edərək Heydər Əliyevin bütün fəaliyyəti dövründə- istər SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın təhsilinə diqqət və qayğısından söz açdı.
Yarışda Sabunçu rayon 72, 75, 78,170, 215, 310, 311nömrəli tam orta məktəblərin "TURAN", "CÜMHURİYYƏT", BİLİCİLƏR", HÜRRİYYƏT", KATALİZATOR", "ZƏRKƏND","HƏMRƏY" komandaları görüşdülər. Məktəbləri təmsil edən 6 şagirddən ibarət olan komandalar Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, tarix, kimya, biologiya, fizika, coğrafiya fənlərindən sualları cavablandıraraq birincilik uğurunda mübarizə apardılar. Gərgin yarışdan sonra I yerə "BİLİCİLƏR"-311 nömrəli məktəbin komandası, II yerə "Turan" -170 nömrəli məktəbin komandası, III-yerə "CÜMHURİYYƏT"-310 nömrəli məktəbin komandaları layiq görüldü və diplomlarla təltif edildilər. Bütün iştirakçı məktəblərə və komandalarına rəhbərlik adından təşəkkür edirik.