IX A sinfində "Metallar" mövzusunda dəyirmi masa keçirildi
04 noyabrda məktəbin IX sinif şagirdlərinin iştirakı ilə kimya fənnindən "Metallar" mövzusunda dəyirmi masa keçirildi. Şagirdlər müxtəlif növ metalların taplması, alınması, fiziki və kimyəvi xassələri haqqında hazırladıqları çıxışları təqdim etdilər. Fənn müəllimi Zərifə Hüseynovanın təşkil etdiyi dərsdə həmçinin, metalların tətbiqi, müassir dövrdə orqanizmə təsirini əks etdirən maraqlı disputlar apardılar. Hacıyeva Minəxanımın və Həsənov Arifin çıxışları maraqla dinlənildi.
Dəyirmi masada məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsmət Qurbanov, sinif rəhbəri Əntiqə Şərifova və digər fənn müəllimləri iştirak edirdi.