III B sinfində valideyn iclası keçirildi

   25 noyabrda III B sinfində valideyn iclası keçirildi. Sinif rəhbəri Əsmər Nəbiyevanın təşkil etdiyi iclasda fənn müəllimləri, məktəbdənkənar işlər üzrə direktor müavini Bədəl Əmənov və valideynlər iştirak etdi. Gündəliyə qoyulan əsas məsələ qarşıdan gələn monitorinq qiymətləndirməsinə şagirdlərin ciddi hazırlaşması ilə yanası davamiyətin gücləndirilməsi idi. Valideynlər məktəbin soyuq olmasindan istilik sisteminin hələ də bərpa olunmamasından şikayət edərək, bunu davamiyyətin aşağı olmasının əsas səbəbi kimi göstərdilər. Əsmər müəllim dərsi zəif şagirdlərin valideyinləri ilə xüsusi söhbət apararaq  bunun aradan qaldırılması üçün lazım olan tövsiyələrini verdi. Fən müəllimləri şagirdlərin dərsə gündəlik hazırlılıqları haqqında valideynlərə məlumat verdilər.

       

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi