" 9 Noyabr Bayraq günü" nə həsr onunmuş tədbir keçirildi

8 noyabrda məktəbdə “Bayraq günü” nə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan dövlət himni ilə başladı.
Tədbirdə dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, 2010-cu il 1 sentyabrda Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının - Azərbaycan bayrağının təntənəli qaldırılmasından danışılmışdır. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyi, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğu diqqətə çatdırılmışdır.
Məktəbimizin fəal şagirdləri bayrağımıza həsr olunmuş mahnıları, şeirləri sevə-sevə oxudular. Şagirdlər bayrağın nə qədər əhəmiyyətli olduğunu dönə-dönə qeyd etdilər. Onlar bayrağımızın qorunmasına gələcəkdə daim dalğalanmasına çalışmalarına and içdilər. Belə tədbirləin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmalarında xüsusi rolu vardır. Onlar dövlətimizin bayrağı ilə fəxr edir və onun qorunmasinda gələcək nəsillərə çatdırılmasında öz canlarından keçməyi qaşılarına məqsəd qoydular. Tədbir məktəb direktoru Elnur Hüseynovun çıxışı ilə sonlandı.