Şagirdlərimiz 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər

        13 oktyabrda məktəbin IX sinif şagirdləri müəllimlərlə birgə Bakı Ekspo Mərkəzində təşkil edilən  12-ci Azərbaycan Beynəlxalq  Təhsil Sərgisində iştirak etdilər. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgidə çoxsaylı yerli və xarici universitetlərin nümayəndələri iştirak edirdi. Bu universitetlər şagirlərə  ali təhsil almaq üçün geniş imkanlar təklif edirdilər. Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunmuşdu. Sərgidə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilmişdi. Bizim şagirdlər daha çox yerli universitetlərə maraq göstərdilər. Sadəcə bir neçə şagird xarici ali məktəblərlə maraq göstərdilər və ailələri məlumatlandirmaq üçün hazırlanmış braşürlər  götürdülər. Sərginin “Xaricdə təhsil” sektorunda Gürcüstan, Latviya, Litva, Türkiyə və digər ölkələrin təmsilçiləri ümumi təhsil, orta ixtisas və ali təhsil müəssisələrinin imkanlarını  şagirdlərə təqdim etdilər. Rusiyannin “Gənc Mühəndis Neyrofizioloq”  stendi usaqlarin böyuk marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi