"Ailəmiz güvən yerimizdir" adlı mühazirə müsabiqəsində şagirdimiz IV yerə layiq görüldü

Aydınlığa doğru ictimai birliyinin təşkilatçılığı ilə bu gün Bakı Biznes Mərkəzində "Ailəmiz güvən yerimizdir" adlı mühazirə müsabiqəsinin təqdimetmə mərasimi keçirildi.Müsabiqəyə qatılan 100 şagird içərisindən məktəbimizi VIII a sinif şagirdi Həsənova Səriyyə təmsil edirdi. Müsabiqədə qalib gəlmiş ilk 4 yerin sahibi xüsusi hədiyyə və diplomlarla təltif olundu.Şagirdimiz Həsənova Səriyyə 4-cü oldu.Qaliblər öz çıxışlarını təkrar nümayiş etdirdilər.Səriyyənin çıxışı zamanı zal təmiz sükuta qərq olmuşdu.Çünki şagirdimizin çıxışı əsl ailə necə olmalıdır,bugünkü həyatda ailəmizi necə qorumalıyıq,ailəmizə necə güvənməliyik motivləri əsasında qurulmuşdu.
Bu uğur Səriyyənin uğurudur.Əlbəttə bu uğurun qazanılmasında ona yardımçı ailəsi və müəllimləridir.Uğurlarınız bol olsun sevimli şagirdimiz!