Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı ümumməktəb tədbiri keçirildi
Bu gün məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı olaraq ümumməktəb tədbiri keçirildi. Məktəbin musiqi müəllimi İsmayılova Gülxanımın ərsəyə gətirdiyi bu tədbirdə şagirdlərin hazırladıqları şeir, mahnı, kompozisiyalar və videoçarxlar nümayiş olundu.Tədbirdə tarix müəllimi Hüseynov Asif çıxış etdi.Tədbirin sonunda bayram münasibəti ilə məktəbin direktoru Hüseynov Elnur məktəb kollektivini təbrik etdi və bir qrup müəllim və şagird heyətini məktəbin ictimai işlərində fəallığına, nizam intizamına, tədrisdə göstərdiyi yüksək nəticələrinə görə fəxri fərman və təşəkkürnamələrlə təltif etdi.