Mən tolerantlığı necə başa düşürəm
21 dekabr 2015-ci il tarixində məktəbin IX-X-cu sinif şagirdlərinin iştirakı ilə “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbir zamanı şagirdlərə tolerantlığın tarixi, Azərbaycanda dini dözümlülüyün yüksək səviyyədə olması haqqında məlumat ötrülmüş, bu sahədə Ulu Öndər Heydər Əliyevin, prezidentimiz cənab İlham Əliyevin gördüyü işlər xüsusi ilə vurğulanmışdır. Eləcə də dini dözümlülük barədə şagirdlərin fikirləri dinlənilmiş və sualları cavablanmışdır.