Valideynlərlə görüş

Birinci yarımilin nəticələrini valideynlərlə müzakirə etməktdən ötrü bütün məktəb valideynləri bu gün məktəbimizin qonaqlari idi. Məktəbə təşrif buyuran valideynlərimizin məktəb rəhbərliyindən tutmuş məktəbin bütün müəllim heyəti ilə görüşüb övladları haqqında bilgilər almaq, müzakirələr aparmaq, məsləhətlər almaq, təklif ve rəylər bildirmək imkanı var idi. Onlara yaradılan imkanlardan istifadə edən valideynlərimiz bu görüşdən məmnun qaldıqlarını bildirdilər.