20 Yanvar faciəsinə həsr olunmuş tədbir

Bizim məktəbimizdə "20 yanvar faciəsi"nin 28-ci ildönümü ilə bağlı ümumməktəb tədbiri keçirildi.Dövlət himni ilə başlayan tədbirdə istedadlı şagirdlərimizin hazırladıqları şeir, mahnı və kompozisiyalar tədbir iştirakçılarını bir anlıq həmin günlərə qaytardı.Tədbirdə məktəbin direktoru Elnur müəllim, tarix müəllimi Asif müəllim faciə haqqında ətraflı məlumat verdilər. Tədbiri ərsəyə gətirən müəllim və şagirdlərimizə öz təşəkkürümüzü bildiririk.Şəhidlərimizə Allahdan rəhmət diləyirik.