“Hüquqlarımızı tanıyaq və qoruyaq” inşa yazı müsabiqəsinin keçirilməsi barədə
20.10 2015 ci il tarixdə Bakı məktəbləri arası "Hüquqlarımızı tanıyaq və qoruyaq" mövzusunda inşa yarışması keçirildi. Müsabiqədə məktəbmizin IX sinif şagirdi Məmmədova Lalə iştirak etdi. İnşanın hazırlanmasına Şərifova Əntiqə müəllimə rəhbərlik etdi.Məmmədova Lalə "Hüquqlarımızı tanıyaq və qoruyaq" mövzusunda belə qənaətdədir:Hüquq dövlət yarandığı vaxtdan mövcud olmuşdur. Hüquq elminə alimlər, hüquqşunaslar və s. hərəsi öz baxışına görə təriflər vermişdir. Hüquq insanlar arasındakı münasibətləri nizama salır. Təbii ki, bu nizamda əxlaq və hüququn ortaq cəhəti insanlar arasındakı münasibətləri yoluna qoymaqdır. Fərq budur ki, hüquqa nisbətən əxlaq qaydaları xeyli əvvəl yaranmışdır. Biz çox vaxt hüquqlarımızı özümüz pozuruq. Adi bir misal gətirim: “ Bəzən biz avtobusdan enərkən sürücü pulun qalığını az qaytarır. ” Biz isə buna məhəl qoymuruq. Bu günkü kiçik hüquq pozğunluğu sabahkı böyük hüquq pozğunluğunun təməlini qoymuşdur. Bu gün buna dinmərik və belə-belə artıq həm hüququmuzun pozulmasına özümüz şərait yaradırıq, həm də cəmiyyətə pis nümunə olarıq.Müəllimlərimiz bizə dərslərimizi yaxşı oxuyun, hüquqlarımızı bilin deyə tez-tez xatırlatmalar edir. Həqiqətən, biz oxusaq görərik ki, bizim təhsil almaq, söz azadlığı, vicdan azadlığı, yaşamaq və s. hüquqlarımız var.Biz həmişə bir yumruq kimi birləşməliyik. Sabah birini yolda döysələr – “ Mənim nəyimə lazım, anam deyil, bacım deyil ” deyib keçməyək. Bir-birimizin haqqını qoruyaq, tələb edək. Bu bizim həm əxlaqımıza, həm mədəniyyətimizə, həm də dinimizə yaraşan bir keyfiyyətdir.Hal-hazırda torpaqlarımızın iyirmi fazinin erməni tapdağı altında olması da hüququmuzun kobudcasına pozulduğunu sübut edən amillərdəndir.Bu gün biz öz hüquqlarımızı tanıyaq ki, başqaları da tanısın.Mən də, bir Qarabağlı kimi öz qarşıma məqsəd qoymuşam ki, hüquqşunas olub öz xalqımın hüquqlarını tələb edəcəm. Hüquqlarımızı tanımaq və qorumaq bizim borcumuzdur.