18 oktyabr MİLLİ MÜSTƏQİLLİK GÜNÜDÜR
Dünən Milli Müstəqillik Günü münasibəti ilə yuxarı sinif şagirdlərimizlə məktəbdə mühazirə keçirildi. Mühazirədə məktəbin tarix müəllimləri Elnur Hüseynov və Asif Hüseynov şagirdlərə müstəqilliyin əhəmiyyəti, müstəqilliyə aparan yol, müstəqilliyimizin möhkəmləndirilməsi və s. bu kimi məsələlərdən bəhs etdilər. Sonda verilən sualları cavablandırdılar.